Adriana Lima Metin Haranı sildi

Adriana Lima Metin Haranı sildi Braziliyalı model Adriana Lima 1.5 ildir ki, sevgili olduğu türk yazıçı Metin Haranı sosial şəbəkədə izləmədən çıxarıb.
37 yaşlı ulduzun bu hərəkəti ayrılıq barədə iddialara səbəb olub.

Adriananın İnstaqramda Mətini izləmədən çıxarması və sonra yazdığı mesaj cütlüyün ayrılığı kimi şərh edilib. Metin Hara isə hələ də Limanı izləyir və Adriana İnstaqramda birlikdə çəkilən fotolarını silməyib.
Məşhur model Mətini izləmədən çıxardıqdan sonra “Qadınlar, siz pis tərbiyə edilmiş kişilər üçün reabilitasiya mərkəzi deyilsiniz” mesajını yazıb.

Oxşar xəbərlər