Namiq müəllim: Sahibkarlığın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

Namiq müəllim: Sahibkarlığın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır Zərdab rayon iş adamı Namiq müəllim - Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il aprel ayının 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd olunacaq. Bu da ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanların hüquqlarının qorunması baxımından, dövlətin göstərdiyi qayğının bariz nümunəsidir. Azərbaycan iqtisadiyyatının bu dərəcədə inkişafının təməlini isə qeyd şərtsiz ulu öndər Heydər Əliyev qoyub. Ulu öndərin uğurlu siyasəti, düzgün qərarları bu gün Azərbaycanın söz sahibi kimi dünyada tanıdır. Cənab prezident İlham Əliyev də Azərbaycanın uğurunu qətiyyətlə, sarsıldman davam etdirir.

Namiq müəllim: Sahibkarlığın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır











Azərbaycan Respubilkası müstəqillik əldə etdikdən sonra ölkənin iqtisadi yüksəlişi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. 1993-cü ildən başlayaraq ölkəmizdə aparılan ardıcıl siyasi-iqtisadi islahatlar nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub, bu sahədə regionun lider dövləti səviyyəsinə yüksəlib. Əldə edilən uğurlar beynəlxalq iqtisadi təşkilatların diqqətini ölkəmizə yönəldib.

Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə 1993-cü ildə təsdiq edilmiş ‘’Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)’’ Dövlət Proqramını qeyd etmək olar. Sahibkarlıq sektorunda həyata keçirilən islahatlar ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayını artırdı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və bu sahədə nisbi uğurların əldə olunmasına şərait yarandı. Azad sahibkarlığın inkişafı ümummilli lider Heyder Əliyevin daim diqqət mərkəzində olmuşdur. Təsadüfü deyil ki, ulu öndərimiz ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmiş, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. Ulu öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdu.

Namiq müəllim: Sahibkarlığın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır












Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı ilk növbədə onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının yaradılmasından, elm və mədəniyyətinin, ən başlıcası, insan potensialının inkişaf etdirilməsindən asılıdır. İttifaq rəhbərliyinin göstərdiyi maneələrə baxmayaraq o, iradəsindən dönmür, bütün vasitələrlə bu maneələri aradan qaldırmağa çalışır və bunu bacarırdı. Hazırda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından güc alır. Ulu öndərin dövlət başçısı İlham Əliyev tərəfindən müasir reallıqlara söykənməklə daha da zənginləşdirilən ideyaları, onun strategiyası, onun arzuları artıq həqiqətə çevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin enerji siyasəti Heydər Əliyevin neft strategiyası əsasında qurulmuşdur və bu strategiya dünyanın müasir tələblərinə uyğunlaşdırılmış, zənginləşdirilmişdir. Ümummilli liderimizin ölməz ideyaları təkcə enerji siyasətimizi deyil, bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi.

Ulu öndər Azərbaycanda sahibkarlığı, bir sözlə, özəl sektoru inkişaf etdirmək üçün ona hər vasitə ilə dəstək verir, bu prosesi sürətləndirmək, bu sahədə yaranan maneələri aradan qaldırmaq üçün bilavasitə yerli və xarici sahibkarların özü ilə vaxtaşırı görüşlər keçirir, hətta elə həmin görüşlər zamanı anket sorğusu vasitəsilə onların rəylərini öyrənirdi. Həmin sorğuların nəticələrini ciddi surətdə araşdıraraq problemlərin aradan qaldırılması üçün qəti tədbirlər görürdü. Həmin prinsiplərin və ənənələrin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən daha qətiyyətlə davam etdirildiyini heç kəs inkar edə bilməz. Azərbaycan Prezidenti bu məsələləri daim nəzarətdə saxlamaqla yanaşı, korrupsiyanın və bürokratiyanın aradan qaldırılmasının daha müasir vasitələrindən istifadə edir.

Zərdab rayon iş adamı Namiq müəllim sahibkarlığın, regionların sosial iqtisadi inkişafında ulu öndər Heydər Əliyevin əməyinin əvəzsiz olduğunu bildirib: “Regionlarda infrastrukturun qurulması, sahibkarlığın inkişafı və eləcə də bu günki Azərbaycan iqtisadiyyatının inkişafının əsası məhz Ümummilli Lider Heydər Əliyevin zamanında qoyulub. Belə ki, həmin dövrdə reallaşmağa başlanan siyasətə uyğun olaraq Azərbaycan birinci növbədə regionlarda infrastrukturun formalaşmasına nail olub və təbii ki, birinci məqsədi də elə bu idi. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə regionlar eyni zamanda differensial vergi sistemindən faydalanaraq daha güzəştli şərtlər ilə biznes faəliyyəti ilə məşğul olmaq imkanı qazandılar. Sonra iqtisadi siyasətə uyğun olaraq sadələşdirilmiş vergi sistemi tətbiq edildi və regionda fəaliyyət göstərən sahibkarlar güzəştli şərtlərdən faydalanmaqda davam etdilər. Bu baxımdan, Azərbaycanda coğrafi balansın formalaşdırılması və eləcə də regionların inkişafına nail olunması ilə bağlı addımlar məhz həmin dövrə təsadüf edir”.

Namiq müəllim: Sahibkarlığın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır











Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə ulu öndərin ən sadiq davamçısı İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilmişdir. Prezident İlham Əliyev bu müdrik insanın ideyalarını rəhbər tutaraq ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan iqtisadiyyatını üç dəfə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, öz çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmiş, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaratmışdır.

Namiq müəllim: Sahibkarlığın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır










Heydər Əliyev 1993–cü ilin sonları və 1994-cü ilin əvvəlllərindən etibarən dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə Aərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu: “Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinfilyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi. Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə, Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən əsrin müqaviləsinin imzalanması isə inqilabı bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır. Ulu Öndərin rəhbərliyi altında aparılan iqtisadı islahatlar və struktur islahatları qısa zaman kəsiyində ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verdi”. Qeyd edək ki, Heydər Əliyevin sahibkarlığın inkişafı modelinin reallaşdırılması Azərbaycan cəmiyyətinin sosial problemlərinin həllində, əhalinin məşğulluğunda və yeni iş yerlərinin açılmasında sahibkarlığın rolunu əhəmiyyətli dərəcədə yüksəltdi, davamlı inkişaf üçün əsaslı zəminin formalaşdı. Bu uğurlu strateji xətt hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir.

Oxşar xəbərlər