
Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Vüqar Zeynalov Modern.az-a açıqlamasında rayondakı problemlərdən danışmaq üçün tez olduğunu bildirib:
“İndi bunlardan danışmağın vaxtı deyil”.
V. Zeynalov bununla bağlı geniş danışmaq istəməyib:
“Oktyabrın 30-dan vəzifəmin icrasına başlamışam. Hələlik kollektivlə, mövcud vəziyyətlə tanış oluram. Sizin sadaladığınız məsələlərlə bağlı qarşıdakı vaxtlarda danışmaq olar. Hələlik çox tezdir”.
Qeyd edək ki, Vüqar Teyyub oğlu Zeynalov bu təyinatadək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.