
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda təmsil etdiyi qurum tərəfindən şəhərin hər hansı bir yerində avtomobillər üçün parklanma yerləri təşkil edilməyib:
“Mətbuat prospektindəki bu parklanma yeri səkinin üstüdür və buradakı parklanma piyadaların hərəkətinə ciddi maneə yaradır. Bu kimi yerlərdə nəqliyyat vasitəsinin park edilməsi inzibati xəta hesab edilir”.