
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytındakı “Birdəfəlik ödəmə” bölməsində vətəndaşlar tərəfindən sorğu-axtarış prosesinin davam etdiyini nəzərə alsaq, bu göstərici qarşıdakı günlərdə daha da artacaq.
“Bu ilin sonuna qədər birdəfəlik ödəmələrin də verilməsinə başlanacaq və gələn il ərzində ödəniş prosesi tam yekunlaşacaq”, – deyə nazirlik rəsmisi qeyd edib.