Rusiyada küçədə qadını zorlayan azərbaycanlının məhkəməsi başlayır

Rusiyada küçədə qadını zorlayan azərbaycanlının məhkəməsi başlayır Rusiyada küçədə tanımadığı qadını aldadaraq zorlayan azərbaycanlı həbs olunub.

Oxu.Az TSN24-ə istinadən xəbər verir ki, istintaq zamanı 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşının bu ilin iyunun 29-da Tula şəhərinin parkında öz dostunu axtaran qadını aldadaraq zorladığı müəyyən edilib.

Məlum olub ki, həmyerlimiz qadına dostunun harada olduğunu bildiyini deyib və onu insanların olmadığı yerə aparıb. Qadına sifətindən ağır zərbə endirən azərbaycanlı onu boğmağa başlayıb, sonra isə zorlayıb.

İstintaq həmçinin 26 yaşlı azərbaycanlının yolda sahibsiz velosiped görərək oğurladığını müəyyən edib. Oğurlanmış velosiped sahibinə qaytarılıb.

Bildirilir ki, bu cinayətləri törədən azərbaycanlının işinə Tula şəhərinin Proletar rayon məhkəməsində baxılacaq.

Oxşar xəbərlər