
DİN-dən verilən xəbərə görə, reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 31 fiziki və 2 hüquqi şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 27 min manat təşkil edib.
Ümumilikdə, cari ilin ötən dövrü ərzində ərazi polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 526 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib, onlara 65 min manat məbləğində cərimə tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.