
Bu haqda separatçı erməni rejiminə yaxın nəşrlər məlumat yayıb.
“Akvapark” adlı istirahət zonasında təşkil edilmiş düşərgənin 1-ci növbəsində müxtəlif bölgələrdən 50 gənc iştirak edib

Ayın 9-dan başlayan 2-ci növbə isə avqustun 20-dək davam edəcək. Düşərgədə dincələn dığa və axçiklər işğal altındakı torpaqlarımızdakı tarixi yerlərə, o cümlədən saxtalaşdırılmış Azıx mağarasına ekskursiyalara aparılır. Burada eyni zamanda erməni gənclərə ““Artsax”ın “ərazi bütövlüyünün qorunması”, iqtisadi, texnoloji problemlər və s. haqda mühazirələr də oxunur.
