İlqar Nəzərov: "Dünyanın qabaqcıl şirkətlərinin qatıldığı sərgilərdə nümayiş olunan Azərbaycan istehsallı məmulatlar xarici ölkə nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanır

İlqar Nəzərov: Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.

Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

"AZAD systems Co." müəssisəsinin də daxil olduğu "Şərq" İstehsalat Birliyində son bir neçə ildə geniş tikinti və yenidənqurma işləri aparılıb. Son illərdə müəssisədə bir neçə istehsal sahəsi yaradılmış, müasir texnoloji avadanlıq quraşdırılıb.
Burada müasir tipli məsafədən idarə edilən pilotsuz uçuş aparatları istehsal olunur. Pilotsuz uçuş aparatları bir çox texniki-iqtisadi üstünlüklərə malikdir. Uçuş aparatında heyətin olmaması, çəkilən xərclərin azlığı, insanın fiziki qabiliyyətindən artıq texniki manevrlər etmək xüsusiyyəti və digər məsələlər bu üstünlüyü şərtləndirən əsas amillərdir. "Orbitr-2M" və "Aerostar" pilotsuz təyyarələrinin hissələri burada hazırlanır.

Hazırda Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin firma və şirkəti ilə sıx əməkdaşlıq edir.

Nazirliyin müəssisələrində yaradılan yeni istehsalat sahələri Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün tam gücü ilə fəaliyyət göstərir.

"Dünyanın qabaqcıl şirkətlərinin qatıldığı sərgilərdə nümayiş olunan Azərbaycan istehsallı məmulatlar, xüsusi ilə "İstiqlal" snayper tüfəngi xarici ölkə nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanır. Bütün bunlar Azərbaycanın müdafiə sənayesinin inkişafının bariz nümunəsidir"

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Şərq” İstehsalat Birliyinin direktoru İlqar Nəzərovdur.

“Şərq” İstehsalat Birliyinin direktoru İlqar Nəzərov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

İlqar Nəzərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlqar Nəzərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlqar Nəzərov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İlqar Nəzərovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlqar Nəzərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


İlqar Nəzərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Şərq” İstehsalat Birliyinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Oxşar xəbərlər