
Meyitin üzərinə oturan və onu dirildə bilməyən saxta peyğəmbər həbs edilib.
Hadisə Celile qəsəbəsində meydana gəlib. Getayavkal Ayele adlı səhiyyə içşisi bir müddət əvvəl dünyasını dəyişən Belay Biftu adlı adamın ailəsinə gedərək İsa Peyğəmbərin Lazarı ölümündən dörd gün sonra dirildiyi ilə bağlı İncil ayəsini oxuyaraq eyni şeyi edə biləcəyini iddia edib.
Ailə Biftunun qəbirdən çıxarılmasını qəbul edib. Görüntülər sosial mətbuatda paylaşılıb. Ayele meyitin üzərinə oturaraq “Belay, uyan” deyə qışqırıb. Amma ölü dirilməyib. Ayeleni əsəbləşən ailə üzvləri döyməyə başlayıblar. Polis isə meyiti narahat etdiyinə görə saxta peyğəmbəri həbs edib.