Ona etibar edilən bütün postlarda Nasir Qurbanov özünü doğruldub

Ona etibar edilən bütün postlarda Nasir Qurbanov özünü doğruldub
Müstəqilliyin əldə olunması nə qədər
çətindirsə,onun saxlanılması, daimi,
əbədi olması bundan da çətindir.

Heydər Əliyev


Ümummilli lider Heydər Əliyev tərəfindən təşkil olunan ordu quruculuğunun Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qısa zaman kəsiyində Azərbaycan Ordusunun regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevrilib. Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü, xalqımızın həmrəyliyini, ölkə rəhbərliyinin qətiyyətini nümayiş etdirdi.


Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xəzər rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Nasir Qurbanovdur.

Nasir Qurbanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Nasir Qurbanovu heç vaxt əqidəsindən döndərə bilməz.

Nasir Qurbanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Nasir Qurbanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Nasir Qurbanov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Nasir Qurbanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Nasir Qurbanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Nasir Qurbanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xəzər rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Nasir Qurbanov özünü doğruldub. Bizdə hörmətli Xəzər rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Nasir Qurbanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər