Mikayıl Cabbarov sahibkarların qəniminə çevrilmiş 15 vergi məmurunu işdən çıxardı

Mikayıl Cabbarov sahibkarların qəniminə çevrilmiş 15 vergi məmurunu işdən çıxardı Vergilər naziri Mikayıl Cabbarov 15 nəfər vergi işçisini tutduğu vəzifədən azad edib.
Nazirin vəzifədən çıxartdığı şəxslər sərəncama göndərilib.

İşdən azad olunan vergi məmurları arasında Azərbaycanın vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədov da var.
“Ölkə.Az” yaxın saatlarda sözügedən işçilərin siyahısını oxuculara təqdim edəcək.
Xatırladaq ki, sahibkarlarda ona qarşı ciddi narazılıq yaratmış Habil Məmmədov 2017-ci ilin avqustunda Azərbaycan vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri təyin edilib. Bundan öncə isə o, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsini də icra edib.

Oxşar xəbərlər