Bakıda rekord dərəcədə isti qeydə alınıb - Anomal istilər nə vaxtadək davam edəcək?

Bakıda rekord dərəcədə isti qeydə alınıb - Anomal istilər nə vaxtadək davam edəcək? Bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu rekord həddi aşıb. Temperatur 44 dərəcəyə qədər yüksəlib. Bakı üçün xarakterik olmayan bu temperatur son 120 ildə ilk dəfə qeydə alınıb.

Temperatur o qədər yüksək olub ki, bəzi vətəndaşlar evdən çölə çıxmayıb.

Sürücülər isə bu günün yayın ən çətin günü olduğunu deyirlər.

Qeyd edək ki, bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında 41, 6 dərəcə qeydə alınmışdı. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan isə bildirilir ki, iyulun 2-də Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq. Bununla belə, iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək. /xezerxeber.az

Oxşar xəbərlər