Dominikdə Acuna şok — Operatorunu öldürdülər

Dominikdə Acuna şok — Operatorunu öldürdülər Türkiyənin məşhur TV aparıcısı, “TV 8” kanalının rəhbəri Acun İlıcalı və komandası şok hadisə yaşayıb.
İlıcılanın “Survivor” verilişinin komandasında yer alan Alper Baycın faciəvi şəkildə ölüb. Bu barədə TV rəhbəri sosial şəbəkədə məlumat verib. O, operator işləyən 24 yaşlı Alperin Dominik adasında quldur dəstəsinin hücumuna məruz qaldığını və silahlı insident zamanı öldürüldüyünü bildirib.
“Dəyərli əməkdaşımız, gənc qardaşım Alper Baycını xain hücum nəticəsində itirdik. Yaşadığımız acı və üzüntünü sözlərlə ifadə edə bilmərəm. Ailəsinə və sevdiklərinə səbr diləyirəm. Məkanı cənnət olsun!”, - deyə Acun qeyd edib.

Dominikdə Acuna şok — Operatorunu öldürdülər

Oxşar xəbərlər