Kompleksin direktoru Hacı Şahin Hüseynov tarixi abidələr və turizm sahəsində geniş biliyə malik olan ziyalı bir insandır

Kompleksin direktoru Hacı Şahin Hüseynov tarixi abidələr və turizm sahəsində geniş biliyə malik olan ziyalı bir insandır Kompleksin direktoru Hacı Şahin Hüseynov - Azərbaycanda prezident seçkilərində səsvermə çox sakit şəraitdə həyata keçirilib və Azərbaycan seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verib.

Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyət təkcə bir partiyanın, yaxud hakimiyyətin deyil, əqidəsindən asılı olmayaraq, hər bir kəsin maraq və mənafelərinin qorunmasını təmin edir. Ona görə də 11 aprel seçkilərinin nəticələri hamımızın qələbəsidir. Xüsusi vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin siyasi memarlığı və qoruyucu ruhu hər zaman vətənimizin başı üzərindədir. Milyonlarla qardaş və bacılarımız 11 aprel 2018-ci il tarixində bir daha milli liderinin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi.

Möhtərəm cənab prezident!

Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə, Sizin qələbəniz Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir.


... Kompleksin direktoru Hacı Şahin Hüseynov tarixi abidələr və turizm sahəsində geniş biliyə malik olan ziyalı bir insandır. O, bir çox Avropa ölkələrində və ABŞ-da keçirilən beynəlxalq turizm tədbirlərinin iştirakçısıdır. H.Ş.Hüseynov direktor kimi fəaliyyət göstərdiyi 21 il ərzində Şəki karvansarayı xeyli məşhurlaşıb. Şəraitin, xidmət mədəniyyətinin yüksəldilməsi, eyni zamanda ilkin ənənələrin qorunub-saxlanılması nəticəsində karvansaray istər respublika daxilindən, istərsə xarici ölkələrdən gələn qonaqların ən yaxşı istirahət yerinə çevrilib. Yaponiya, Çin, Tayvan kimi uzaq ölkələrdən, Avropa və Ərəb ölkələrindən, hətta Amerikadan da turistlər qəbul edən karvansaray işçiləri çalışırlar ki, bütün qonaqlar buradan öz vətənlərinə xoş təəssüratlarla qayıtsınlar. Kompleksdə ingilis, alman və ərəb dillərini bilən mütəxəssislər də çalışır.
Direktor H.Ş.Hüseynov Şəkidə bir ağsaqqal səviyyəli nüfuza malik şəxsdir. Təkcə ona görə yox ki, vəzifəsini əla icra edir. Həm də bu səbəbdən ki, Hacı Şahinin vətənsevərliyi, doğma elinə vurğunluğu çoxlarına örnəkdir. O, Şəkini böyük turizm mərkəzi kimi görmək arzusuyla yaşayır. Bu məqsədlə çox işlər görür, təkliflər verir. Onun Şəki şəhərində turizmin inkişafına dair maraqlı konsepsiyası da var. Hacı Şahinlə söhbətimiz zamanı o, müəyyən qədər həmin məsələlərə də toxundu.
Kompleksin direktoru Hacı Şahin Hüseynov tarixi abidələr və turizm sahəsində geniş biliyə malik olan ziyalı bir insandır
H.Ş.Hüseynov konkret olaraq Şəki rayonunda turizm sisteminin maddi-texniki bazasının inkişafı ilə bağlı konseptual fikirlərini bu cür təsnifləşdirdi:
1. Şəkidə Aşağı karvansarayı da əsaslı təmir etdirməklə işlək vəziyyətə gətirmək. Bu karvansarayda "Zorxana" rəqsi və digər folklor nümunələri əsasında turistlərə konsert proqramları göstərməklə bu tarixi abidələrin imkanlarından istifadə etmək. Bölgənin bütün tarix və memarlıq abidələrində restavrasiya işləri aparmaq.
2. Atla gəzinti üçün Böyük Qafqaz dağlarının cənub ətəklərindəki keçidləri və cığırları səliqəyə salmaq, təhlükəli keçid yelrərində kiçik taxta körpülər düzəltdirmək. Dağ keçisi ovu zonalarını müəyyənləşdirmək.
3. Ekoturizm marşrutlarını müəyyən etməklə yanaşı, təbiətin dilbər guşələrində turistlərin qısamüddətli dayanması, əylənməsi və iaşə xidmətindən istifadəsi üçün dəyələrdən, alaçıqlardan, çadırlardan istifadə etmək. Piknik keçirmək üçün şəlalələrin ətrafında, bulaqların başında, mənzərəli yamaclarda və s. məxsusi yerlərin dəqiqləşdirilməsi.
4. Arxeoloji qazıntılardan əldə edilmiş maddi-mədəniyyət qalıqlarının ayrıca muzeyini yaratmaq.
5. Yerli sənətkarların əl işlərinin satılmasını müntəzəmliklə təşkil etmək. Keçmiş sənət növlərinin turistlərə göstərilməsi üçün kompleks iş yerləri, sexlər və dükanların bir cərgədə olmasını təmin etmək.
6. Turist marşrutlarından keçən şosse yollarının hər 50 kilometrliyində dincəlmə yerləri, nümunəvi tualetlər, yuyunma yerləri, benzindoldurma məntəqələri və s. kiçik xidmət vasitələri yaratmaq.
7. Turizmlə əlaqədar olaraq elektrik enerjisinin fasiləsiz verilməsi, təbii qazdan istifadə və s. zəruri məsələlərin dövlət səviyyəsində qaydaya salınması

Kompleksin direktoru Hacı Şahin Hüseynov tarixi abidələr və turizm sahəsində geniş biliyə malik olan ziyalı bir insandır
Ərazisində böyük İpək yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansarayların olmaması mümkün deyildir.
XVIII-XIX əsrlərdə şəhərdə inşa edilmiş karvansaray binaları təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müx-təlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.
Özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqazi-yada məşhur olan Yuxarı Karvansaray dövrümüzə qədər gəlib çatmış iki karvansaraydan biridir. Ümumi sahəsi 6000 kvadratmetr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi görkəm verir.
Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansarayın 2 giriş darvazası vardır. Bina üç mərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.
Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic tağlı günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.
Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansarayın ümumi kompozisiyasını tamamlayır.
Bugünə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansaray Şəkinin zəngin maddi və mənəvi irsə malik bir şəhər olmasının bariz nümunəsidir.
.

Oxşar xəbərlər