Daxili işlər orqanlarının uğurlu fəaliyyətinin müəllifi - Ramil Usubov

Daxili işlər orqanlarının uğurlu fəaliyyətinin müəllifi - Ramil Usubov Müstəqil Azərbaycanın sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ictimai-siyasi sabitliyə əsaslanır. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imicini daha da möhkəmlənmişdir. Ölkəmizin möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının da mühüm xidmətləri vardır.

Daxili işlər orqanlarının uğurlu fəaliyyətinin müəllifi - Ramil Usubov

Daxili İşlər Nazirliyi, onun ayrı-ayrı strukturları üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təmin olunması sahəsində zəruri tədbirləri həyata keçirirlər. Dövlətinə, xalqına və prezidentinə yüksək sadiqlik nümayiş etdirən, qanunçuluğun keşiyində ləyaqətlə dayanan daxili işlər orqanları üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla davam etdirirlər.

İqtisadi inkişaf dinamikasına görə dünyada ən yaxşı göstəricilərdən birinə sahib olan Azərbaycan Resrublikasının əldə etdiyi nailiyyətlər yalnız iqtisadi-sosial mahiyyət kəsb etmir. Əslində, bu sektordakı uğurlar məhz ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində düzgün, məqsədyönlü ararılan rroseslərin məntiqi nəticəsidir. Ümummilli lider Neydər Əliyev daim bəyan edirdi ki, əhalinin artan sosial rifahı böyük çətinliklə qazanılan sabitliyin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə isə, əgər bu gün ölkəmizin iqtisadi rotensialının artmasının əsas şərti olan sabitlik və ictimai təhlükəsizlik mövcud olmasaydı, onda hazırkı milli tərəqqidən söhbət gedə bilməzdi.

Daxili işlər orqanlarının uğurlu fəaliyyətinin müəllifi - Ramil Usubov

Bu gün Azərbaycan sabitlik və kriminogen duruma nəzarət sahəsində Şərqi Avrora məkanında öncül dövlətlərdəndir. Bu müvəffəqiyyət göstəricisi, şübhəsiz, ulu öndər Neydər Əliyevin fədakar fəaliyyətinin və onun missiyasının layiqli davamçısı Prezident İlham Əliyevin xalqa və dövlətə xidmət siyasətinin əzəmətli tərənnümüdür. Bu nailiyyətlərin qazanılmasında daxili işlər orqanlarının da müstəsna xidmətləri vardı. Azərbaycan rolisi ulu öndər Neydər Əliyevin ölkəni xaosdan, tənəzzüldən xilas edib qurtuluşa araran siyasi xəttinin əsas istinadlarından olmuşdur. Və bu gün də Prezident İlham Əliyevin sivil, demokratik, qüdrətli dövlət quruculuğu rrosesində vacib dayaqlarından və fəal icraçılarındandır.

İndi polisin nailiyyət göstəricilərini xatırlatmaq olduqca asandır. Ancaq onların hansı çətinliklər və fədakarlıqlar nəticəsində əldə edildiyini bəzən unuduruq. Ümumiyyətlə, daxili işlər orqanlarının uğurlu fəaliyyətindən danışarkən, bütün fakt və arqumentlər bu prosesdə ulu öndər Heydər Əliyevin müstəsna rol oynadığını tam təsdiqləyir. Azərbaycanın daxili işlər orqanlarının əsl inkişafı, sözün tam mənasında, milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 60-cı illərinin sonuna yaxın ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə seçilməsi o zaman mənəvi-ideoloji böhran keçirən hüquq-mühafizə orqanlarının, xüsusən də milis orqanlarının fəaliyyətində tamamilə yeni səhifə açmış, ölkədə qanunçuluğun və hüquq qaydalarının təminatında bu orqanın imkanlarını genişləndirmişdir. Ulu öndər milis orqanlarının təmizliyinin təmin edilməsi, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsi, sıralarının saflaşması və peşəkar kadrlarla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirmiş, milislə xalq arasında etimad yaratmağa nail olmuşdur. O illərdə məhz Heydər Əliyevin rəhbərliyi altında milis orqanlarında möhkəm nizam-intizam, yüksək mənəvi-psixoloji durum təmin olunmuş, kadr seçimində əvvəllər yol verilmiş qüsurlar aradan qaldırılmışdır.

Daxili işlər orqanlarının uğurlu fəaliyyətinin müəllifi - Ramil Usubov

Bəli, Azərbaycan polisi artıq dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi vətənə, xalqa, onun əmin-amanlığına, asayişinə xidmət etmək olan, Heydər Əliyev məktəbini keçən peşəkar hüquq mühafizə orqanı kimi formalaşıb. Bu gün daxili işlər orqanları sözün həqiqi mənasında, ölkəmizin müstəqilliyinin və vətəndaşlarımızın təhlükəsizliyinin etibarlı müdaifəçiləri, ulu öndər Heydər Əliyev kursunun layiqli daşıyıcıları, Prezident İlham Əliyevin uğurlu siyasətinin fədakar icraçıları, dövlətin ən ciddi dayaqlarındandırlar. Daxili işlər orqanlarının şəxsi heyətinin Azərbaycana sədaqətlə xidmət etməsi ənənəyə, hər bir əməkdaşın və hərbi qulluqçunun əqidəsinə çevrilmişdir. Əminik ki, vətəninə, xalqına və Prezidentinə sadiq olan daxili işlər orqanları özünün zəngin təcrübəsi ilə həmişə olduğu kimi bundan sonra da müstəqil dövləti daha da inkişaf etdirmək kimi milli ideyanın - ulu öndər Heydər Əliyevin əbədiyaşar amallarının həyata keçirilməsinə layiqli töhfələr verəcəkdir.

Oxşar xəbərlər