“Facebook” və “Twitter” istifadəçilərinə — VACİB XƏBƏR

“Facebook” və “Twitter” istifadəçilərinə — VACİB XƏBƏR Dörd nəhəng internet şirkəti – “Facebook”, “Microsoft”, “Twitter” və “Google” internetdə terror kontentinin yayılması ilə mübarizəni gücləndirir.

Bu barədə şirkət rəhbərləri məlumat yayıblar.

“İstehlakçı xidmətlərimizdə terrorizmin irəliləməsinə vasitəçi olan kontentə yer yoxdur. Bu barədə bizə məlumat verilərkən hər bir şirkətin siyasətinə müvafiq olaraq tez bir zamanda oxşar kontentə qarşı faliyyət göstəririk”, - veb-nəhənglərin birgə bəyanatında söylənilir.
Adıçəkilən şirkətlər terrorçuların insanları öz tərəflərinə cəlb etmək cəhdilə əlaqəli videoçarxların unikal rəqəmsal identifikatorlarının mübadiləsinə başlayacaq. Bu isə cinayətkarlarla əlaqəli yazıları müəyyənləşdirməyə imkan verəcək.

Oxşar xəbərlər