“Nərimanov” metrostansiyasının qarşısında qəza: Qadın öldü

“Nərimanov” metrostansiyasının qarşısında qəza: Qadın öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Metronun "Nərimanov” stansiyasının yaxınlığında - Ağa Nemətulla küçəsində "Toyota Prado” markalı, 90 HG 699 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 55-60 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

///Lent.az

Oxşar xəbərlər