Azərbaycanda universitetdən hicablı tələbələrə QADAĞA — "Hicablılar dərsə buraxılmayacaq

Azərbaycanda universitetdən hicablı tələbələrə QADAĞA — Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev sentyabrın 18-də tələbələrin qarşısında çıxış edərkən dərsə hicabla gələn tələbələrin universitetə buraxılmayacağını deyib.

Ölkə.Az xəbər verir ki, məsələ ilə bağlı universitetinin mətbuat xidməti rəsmi açıqlama verib.

Açıqlamada Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən olunduğu deyilir: "Buna uyğun olaraq Mingəçevir Dövlət Universitetində "Təhsilalanların daxili intizam Qaydaları"nın 2.3-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, tələbələrə hicablı və digər dini atributları üzərində daşıyaraq, üzü tüklü (təraş olunmamış) vəziyyətdə təhsil ocağına daxil olmağa icazə verilmir”.

Oxşar xəbərlər