
Aktyor yüksək təzyiq səbəbindən Marmaris Xəstəxanasına ykrlişdirilmişdi. Təxminən 1,5 aydır komanda olan sənətçi bu səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Kuzey Varqın 1940-cı ildə İstanbulda dünyaya gəlib. O, 130-dan artıq film və serialda rol alıb. Azərbaycanda isə daha çox "Kurtlar Vadisi Pusu" serialında oynadığı İxtiyarlar Heyətinin başqanı Adil Əşrəfoğlu rolu ilə məşhurlaşıb. O, serialın 162-191-ci serialarda rol alıb. Kuzey Varqın həmçinin "Ezel" serialında da çəkilib.