Eldar Mahmudovun dəstəsi xaricdə sığınacaq almağa hazırlaşır - Eksklüziv

Eldar Mahmudovun dəstəsi xaricdə sığınacaq almağa hazırlaşır - Eksklüziv Milli Təhlükəsizlik Nazirliyində ifşa olunmuş banda və mühakimə olunmayan dəstə üzvləri Avropada sığınacaq almağa fürsət əldə edə bilər

Mahmudovçu qruplaşma üzvləri 2015-ci ildən sakit şəkildə prosesi izləyirlər.

Onlar sakitliyin çökməsini və diqqətin MTN işi üzrə məhkəmələrdən yayınmasını gözləyirlər. Bundan sonra xaricdə əmlak almış bu şəxslərin ölkəni tərk etməsi və hətta Avropa vətəndaşına çevriləcəyi gözləntisi var.

Milli Məclisin iclasında deputat Zahid Oruc da bu məsələyə toxunub. O bildirib ki, “MTN işi” çərçivəsində baş verən cinayətləri istintaq və məhkəmə materiallarından izləmək mümkündür.

“Bəlli olur ki, o vəsaitləri Avropa ölkələrində leqallaşdırıblar. Orada da vicdanlı alıcı və vicdanlı satıcını tapmırlar. Sadə bir şəkildə hansısa əmlaka qoyurlar.

Belə çıxır ki, bu adamlar çirkli vəsaitin bir hissəsini qoyurlar, digər hissəsini isə sanki qanuniləşdirirlər. Azərbaycan dövləti isə bu proseslərin qarşısını almasına baxmayaraq, o vəsaitləri və şəxsləri qanun qarşısında hesabat verməyə gətirə bilmir.

O vəsaitlər iqtisadiyyata qoyulur, ölkənin həyatında rol oynayır deyə hətta bir sıra hallarda həmin şəxslər Avropa ölkələrində vətəndaşlıq qazanırlar. Özlərinin hüquqi müdafiəsini çox sistemli şəkildə qurmaq üçün çox bahalı vəkillər tuturlar”.

Ulus.Az-a sızan xəbərlərə görə, mahmudovçu qruplaşma tam olaraq ifşa edilməyib, bəziləri həbsdən yaxasını xilas edib, bir çoxu da azadlıqda gəzir.

Onlar sakitcə dayanıblar və hər şeyin bitməsi arzusundadırlar. Hətta E.Mahmudovun da nə vaxtsa ölkədən getməsi istisna deyil.

Mahmudovun işdən çıxarılmasının səbəbləri barədə ən müxtəlif versiyalar səsləndirilsə də bunun əsl səbəbləri tam aydın deyil və yüksək ehtimalla bu hakimiyyətin dönəmində açılmayacaq da. O adamların mühacirətə getməsi də məsələnin bağlanması üçün yaxşı bir yol olar.

Keçmiş MTN-də yuva salmış cinayətkar dəstənin hədəfində təkcə ölkə daxilində olan Azərbaycan vətəndaşları deyildi.

Bu qurum kəşfiyyat adı altında, hakimiyyətə müxalif olanların ölkənin xaricində də nəzarətdə saxlanılmasını və təqib olunmasını, ən azı onların fəaliyyətinin izlənilməsini təmin etmək üçün bir sıra xarici ölkələrə yerləşdirilmiş agentlərdən istufadə edirdi.

Bura xüsusilə azərbaycanlı siyasi fəal mühacirlərin çoxluq təşkil etdiyi Avropa ölkələri daxil idi. Əslində, istənilən ölkənin, o cümlədən Azərbaycanın öz milli təhlükəsizlik maraqlarını təmin etmək məqsədilə xarici dövlətlərdə agentura şəbəkəsi qurması tamamilə normal praktikadır, amma bu, həqiqətən kəşfiyyat şəbəkəsi olduqda.

Oxşar xəbərlər