
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Federal Təhqiqat Bürosunun (FTB) sədri Ceyms Komey bildirib.
O, Ədalət Komitəsinin iclasında Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı senatorların suallarını cavablandırarkən bu fikirləri söyləyib.
Onun sözlərinə görə, Donald Trampın qalib gəldiyi prezident seçkilərində Demokratlar partiyasının elektron hesablarının ələ keçirilməsinin arxasında ruslar olub.