Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı açıqlandı

Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı açıqlandı Bakıdakı Təzəpir məscidində Qurban bayramı münasibəti ilə bayram namazı sentyabrın 12-də saat 9:00-da qılınacaq.

Bu barədə “Report”a məscidin axundu hacı Mircəfər Əyyubov məlumat verib.

M.Əyyubov vurğulayıb ki, ölkənin bütün məscidlərində bayram namazı eyni saatda qılınacaq.

Qeyd edək ki, bu il Qurban bayramı Azərbaycanda sentyabrın 12-si və 13-ü tarixlərində qeyd olunacaq.

Oxşar xəbərlər