Roma dövrünün qalıqları TANAP-ı dayandırdı

Roma dövrünün qalıqları TANAP-ı dayandırdı “Divarlarda xaç və ona bənzəyən bəzi fiqurlar var”

Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqli üçün inşa olunan TANAP boru kəmərinin Gölbaşı adlı yaşayış məntəqəsindən keçən hissəsində tikinti işləri dayandırılıb.

Türkiyənin Sabah qəzeti xəbər verir ki, buna səbəb ərazidə Roma dövrünə aid qalıqların tapılması olub.

Bildirilir ki, Ankaranın Gölbaşı yaşayış məntəqəsində üzərində xaç simvolları olan yeraltı otaqların aşkarlanmasından sonra boru döşənməsi üzrə işlər dayandırıblıb.

Bildirilir ki, Roma dövrünə və eramızın 7-ci əsrinə aid olduğu güman edilən otaqlarda Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları iş aparırlar.

Alimlər bu otaqların məzar olduğunu düşünürlər.

“İçəridə 4 otaq var. Divarları olduqca hamardır. Heç bir dağılma yoxdur. Divarlarda xaç və ona bənzəyən bəzi fiqurlar var”, - həmin yeri ziyarət edən Gölbaşı sakini bildirib.

Oxşar xəbərlər