Bu gün saat 13:00-dan etibarən gün ərzində Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisinə daxil olan 28 may və Nübar qəsəbələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.Bu barədə “Ölkə.Az” “Azərişıq” ASC-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Bildirilir ki, fasilə “Azərenerji” ASC-nin tikilməkdə olan 330 kVt-luq Qobu elektrik stansiyasına böyük həcmli yüklərin gətirilməsi ilə əlaqədar olacaq.
"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyir!