Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard ABŞ dollarına çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard ABŞ dollarına çatıb 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 12,5 milyard ABŞ dolları və yaxud 17,6 % artaraq 83,5 milyard ABŞ dollarına çatıb.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.

"Bu da milli valyuta ifadəsi ilə 142 milyard manat deməkdir və 2025-ci ildə gözlənilən ümumi daxili məhsuldan (130 milyard manat) 8 milyard manat çoxdur. Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur", - deyə baş nazir qeyd edib.

Oxşar xəbərlər