Bakıda restoranın yaxınlığında faciə - 4 ofisiant öldü

Bakıda restoranın yaxınlığında faciə - 4 ofisiant öldü Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

“Azərişıq” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Oxşar xəbərlər