
Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq münasibətləri son illərdə uğurla inkişaf edir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də elm, təhsil və mədəniyyət sahələrindədir. Bu baxımdan İtaliya-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək.
Universitetin fəaliyyəti gənc nəslin yüksək biliklər qazanmasına, beynəlxalq təcrübədən faydalanmasına geniş imkanlar yaradacaq. Burada təhsil alan tələbələr həm Azərbaycan, həm də İtaliya professorlarının dərslərindən yararlanmaq imkanı əldə edəcəklər.
Eyni zamanda bu layihə iki xalq arasında dostluq əlaqələrinin güclənməsinə, mədəni körpülərin qurulmasına böyük töhfə verəcək. İtaliya-Azərbaycan Universiteti gələcəkdə regionda nüfuzlu və təhsil mərkəzlərindən birinə çevriləcək. .
Universitet həmçinin tələbələrin innovativ layihələrlə çıxış etməsinə, yeni texnologiyalar öyrənməsinə, müasir bilikləri mənimsəməsinə dəstək verəcək. İtaliya və Azərbaycanın təhsil mütəxəssislərinin birgə fəaliyyəti gələcəkdə yeni kadrların yetişdirilməsinəşəraityaradacaq.
Bu ali təhsil ocağında müxtəlif elmi istiqamətlər üzrə mərkəzlər yaradılacaq, ortaq araşdırma layihələri həyata keçiriləcək. Bu da həm Azərbaycan, həm də İtaliya alimlərinin beynəlxalq miqyasda tanınmasına imkan verəcək.
Mədəniyyət sahəsində də universitetin xüsusi rolu olacaq. Burada təşkil ediləcək sərgilər, musiqi tədbirləri və mədəniyyət günləri iki xalqın bir-birini daha yaxından tanımasına xidmət edəcək. İtaliya-Azərbaycan Universiteti gələcəkdə tələbələrin beynəlxalq arenada özlərini rahat ifadə edə bilmələri üçün mühüm bir platforma olacaq.
Nəticə etibarilə, İtaliya-Azərbaycan Universitetinin yaradılması yalnız iki ölkənin təhsil sisteminə deyil, bütövlükdə onların siyasi, mədəni və iqtisadi münasibətlərinə də müsbət təsir göstərəcək. Bu universitet gələcək nəsillərin bilikli, vətənpərvər və geniş dünyagörüşlü yetişməsinə xidmət edəcək.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
müəllimi Səkinə Musayeva