
“Qafqazinfo” xəbər verir ki, A.Akopyan bu barədə feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, hazırda Mel Robbinsin 50 dilə tərcümə olunan “The Let Them Theory” kitabını bitirib və Çin Sədri Si Cinpinin kitabını oxumağa başlayıb:
“Bunu bitirdikdən sonra oxuyacağım növbəti kitab Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabıdır”.
Xatırladaq ki, Ərdoğan sözügedən kitabı Paşinyana 2024-cü ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutan görüş zamanı hədiyyə etmişdi.
