
Məlumatı Amir vilayətinin qubernatoru Vasili Orlov təsdiqləyib.
Qubernatorun sözlərinə görə, təyyarədə beşi uşaq və altı ekipaj üzvü olmaqla 43 sərnişin olub.
Təyyarə Anqara Hava Yollarına məxsusdur və Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə uçub. Son təyinat yerinə yaxın olan təyyarə təhlükəsizlik yoxlamalarından keçə bilməyib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda təyyarə ilə əlaqə yoxdur.
Təyyarənin axtarışı üçün xilasedicilər Amur vilayətinin Tındinski rayonuna göndərilib.
Baza Telegram kanalının məlumatına görə , təyyarə ilk cəhddə yerə enə bilməyib və ikinci dəfə dövrə vurub, bundan sonra onunla əlaqə kəsilib.