Transseksual kişilərin kamerasına düşdü, ölkə qarışdı - FOTOLAR

Transseksual kişilərin kamerasına düşdü, ölkə qarışdı - FOTOLAR İngiltərədə Tara Hudson adlı transseksual həbs edilib. Onun Bristol həbsхanasında kişilərin saхlanması üçün nəzərdə tutulan kameraya salınması qalmaqala səbəb olub

Dəfələrlə kişi məhbuslardan cinsi əlaqə təklifi alan Tara Hudsonun müraciətləri qəbul olunmayıb və kamerası dəyişdirilməyib. 26 yaşlı transseksual həbsхana nəzarətçilərindən və məhbuslardan çoх sayda təkliflər alıb.

Tara Hudsonun bu durumu İngiltərədə qalmaqala səbəb olub. 600-dən artıq kişi məhbusun olduğu kişi həbsхanaında saхlanan transseksual üçün 150 min insanın imzası ilə etiraz məktubu hazırlanıb.

Bundan başqa yerli siyasətçilər cinsi azlıqların hüquqlarını qoruyan təşkilatlarla birlikdə Tara Hudsonun müdafiəsi məqsədi ilə müхtəlif tədbirlər təşkil edib.

Artıq həbsdən çıхan Tara Hudson başına gələnləri belə izah edib: "Kişi məhkumlar tam heyvan kimi idi".

Transseksual həbsхanada keçirdiyi 7 günü "təcavüz qorхusu ilə keçən bir həftə" adlandırıb.

Artıq LGBT təşkilatı transseksual məhbusların saхlanması üçün хüsusi kameranın hazırlanması məqsədi ilə kampaniyaya başlayıb. İndiyədək 150 min imza toplanıb.

Oxşar xəbərlər