Bakıda ağır qəza: ər və arvad öldü

Bakıda ağır qəza: ər və arvad öldü Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Vasif Hüseynovun idarə etdiyi "Mersedes Actros" markalı yük avtomobili ilə Şövqi Kərimovun idarə etdiyi BMV markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü Şövqi Kərimov və sərnişini olan həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər