İmişlidə yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

İmişlidə yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var İmişli rayonunda 68 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Məmmədov Azad Qulu oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan, Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Oxşar xəbərlər