Suriya lideri yaxın vaxtlarda Ərdoğanla görüşəcək

Suriya lideri yaxın vaxtlarda Ərdoğanla görüşəcək Suriya keçid hökumətinin prezidenti Əhməd Şara xalqa ilk müraciətini edərək ölkənin gələcəyi ilə bağlı mesajlar verib. Bununla yanaşı, Əhməd Şəranın ilk xarici rəsmi səfər edəcəyi ölkələr də bəlli olub.

Alınan məlumata görə, Əhməd Şara ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək. Növbəti səfəri isə Türkiyə olacaq. Əhməd Şara Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ən mühüm gündəm mövzusu terror təşkilatı PKK/YPG-nin Suriyada varlığı olacaq.

Onu da qeyd edək ki, Şaranın ötən həftə planlaşdırılan səfəri bəzi texniki səbəblərə görə təxirə salınıb. Şaranın yaxın iki həftə ərzində Türkiyəyə gedəcəyi gözlənilir.

Oxşar xəbərlər