Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib

Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib Baş prokuror Kamran Əliyev bələdiyyə seçkilərində iştirak edib.

Kamran Əliyev 15 saylı Yasamal birinci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səs verib. Baş prokuror səsvermə hüququndan istifadə etdikdən sonra məntəqənin işinə uğurlar arzu edib.

***

Milli Məclisin sədri Sahibə Qafarova da bələdiyyə seçkilərinə qatılaraq 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

***

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da səsvermə hüququndan istifadə edərək 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - YenilənibDövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - YenilənibDövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - YenilənibDövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib

Oxşar xəbərlər