61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA

61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi.

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, hazırda hərbi xərclər kəskin artaraq 40 milyard dolları keçib. Lakin yenə də bu pul Ukrayna üçün ən azı daha bir il müharibə üçün bəs edəcək: "Hələ nəzərə alaq ki, ABŞ Ukraynaya ilk dəfə uzunmənzilli “ATACMS” raketlərini və ya taktiki raket sistemlərini göndərilməsilə də bağlı razılıq verib".

Ekspert deyir ki, ABŞ Rusiyanın qəfil məğlubiyyətini istəmir:

“Amerikanın artıq Ukraynaya xərcləməyə pulu yoxdur, Ukrayna tək buraxılacaq” deyənlərə ABŞ-ın heç bir halda Rusiyanın qələbəsinə imkan verməyəcəyini demişəm. Hər il təkcə hərbiyə 1 trilyon dollar (916 milyard dollar hərbi büdcə) pul xərcləyən bir ölkə üçün Ukraynanın müharibəni davam etdirməsi üçün vəsait ayırması problem olmayacaq. Sadəcə ABŞ Rusiyanın qəfil məğlubiyyətini istəmir. O, bunu yavaş-yavaş edəcək. Çünki sürətli məğlubiyyət Avrasiya materikində ciddi boşluqlar yarada bilər və qısa zamanda bu boşluqları ABŞ doldura bilməz. Əvəzində bu boşluqları Çin, Fransa, Türkiyə doldura bilər. Ona görə də, Rusiyanın iqtisadi-siyasi köçüşü o qədər asta olmalıdır ki, Rusiyasızlığın yaratdığı boşluqları ABŞ və daha yaxın müttəfiqləri doldura bilsin".

"Həm də tədricən baş verən “köçmə” prosesi daha ağrılı olur və dirçəliş üçün ən yaxşı halda 30-40 il lazım gəlir", - deyə E. Əmirov əlavə edib.

Oxşar xəbərlər