Bakı metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.
APA xəbər verir ki, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xəttlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, keçidlərdəki mağazaların onlara aidiyyəti yoxdur.