Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevi Ermənistan Konstitusiyasının dəyişdirilməsi prosesinə 2026-cı il parlament seçkilərindən sonra başlamağa razı sala bilib.
Moderator.az xəbər verir ki, bu iddia ilə etibarlı mənbələrinə istinadla Ermənistanın “Hraparak” nəşri çıxış edib(burada: )
Məlumata görə, “Paşinyan Əliyevə izah edib ki, əgər mənim qalmağımı və bütün tələblərinizi yerinə yetirməyimi istəyirsinizsə, mənə güclənmək üçün üçün 2 il vaxt verin. Sonra nə istəsəniz, edəcəyik. Baş nazirin konstitusiya dəyişiklikləri komissiyasına ümumxalq seçkilərinin başa çatacağı 2026-cı ilin dekabrında yeni konstitusiyanın konsepsiyasını təqdim etməyi tapşırmasının səbəbi bəlkə də budur”.
“Məsələ ondadır ki, erməni xalqının səbri tükənə və Əliyevin Konstitusiyaya dəyişiklik tələbinə görə üsyana qalxa bilər. Nəticədə nəinki konstitusiya referendumu uğursuzluğa düçar olacaq, hətta “revanşistlər” də hakimiyyətə gələcək. Əliyev isə “Vətəndaş sazişi” partiyasında mənbəmizin dediyi kimi, bundan ehtiyat edir və Ermənistanda millətçi qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün hər şeyi etməyə razıdır. Təbii ki, Nikol Paşinyan çox istərdi ki, referendum və seçkilər eyni gündə keçirilsin ki, kvorum olmadığı üçün referendum uğursuz olmasın. Lakin qanun buna imkan vermir. “Referendum haqqında” Qanunun 6-cı bəndində xüsusi olaraq qeyd edilir: “Hərbi və ya fövqəladə vəziyyətin əhatə etdiyi ərazinin ölçüsündən asılı olmayaraq hərbi və ya fövqəladə vəziyyət zamanı referendum keçirilə bilməz. Milli Məclisə seçkilər günü də referendum keçirilə bilməz”- erməni qəzeti belə yazır.