Baku TV-də yayımlanan "Kəndinə qayıt" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında ta qədimdən tacirlərin, zəngin insanların dincəlmək üçün ayaq saxladıqları Şabran rayonuna səyahət edilib.
Əvvəlcə bir evdən ibarət olduğu deyilən Canqayıb kəndi ziyarət olunub. Bu kənddə əvvəllər 11 insan olsa da, indi sadəcə bir evdə iki adam yaşayır.
Lakin onlar burada çəkiliş etməyə icazə verməyiblər. Verilişin aparıcısı daha sonra digər tərk olunan kəndlərdən biri olan Leytiyə yollanıb.
Deyilənə görə, uzun illər əvvəl kənd sakinləri Leytini tərk etməyə başlayıblar. Onları buna məcbur edən isə kənddəki şəraitsizlikdir. Son olaraq sıldırım qayanın zirvəsində yerləşən Çıraqqala ziyarət olunub.
Hesab edilir ki, Çıraqqala əsasən istehkam qarovulxana məqsədilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib.
Buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkün idi.
Ətraflı süjetdə: