"Bu gün Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər". Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb. Baş nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə bu il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb. Mayın 15-i Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib və sözügedən Texniki Protokol razılaşdırılıb.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında 4 kəndin verilməsilə bağlı razılıq əldə olundu və artıq 4 kənd Azərbaycana verildi. Dövlət Sərhəd Xidmətinin nəzarətinə keçdi, protokol imzalandı.
“Tavuş istiqamətində demək olar ki, 12 kilometrdən artıq sərhədlərin delimitasiyası, demarkasiyası da həyata keçirildi. Bu da onu göstərir ki, Azərbaycanla Ermənistan arasında siyasi iradə olarsa, tərəflər müsbət irəliləyişlər əldə edə bilər. Xüsusilə, Ermənistan tərəfi bu istiqamətdə öz mövqeyini ortaya qoymalıdır”-deyən politoloq hesab edir ki, Qərbin də müəyyən təzyiqləri nəticəsində Ermənistan ikitərəfli danışıqlara getdi və real nəticələr yarandı.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, bundan sonra da danışıqlar gedəcək və tərəflər çərçivə sazişinin imzalanması istiqamətində də hazırda danışıqlar aparır.
“Payıza qədər müəyyən bir sazişin imzalanmasını istisna etmək olmaz. Düşünürəm ki, növbəti görüşlər keçiriləcək və digər ərazilər xüsusilə 1976 və 1982-ci illəri nəzərdə tutan xəritələr əsasında da delimitasiya-demarkasiya prosesi gedəcək. Müsbət dinamika var və hesab edirəm ki, Cənubi Qafqazda baş verən geosiyasi proseslər, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi nəticəsi üçün də müsbət istiqamətdə davam edəcək”-deyən politoloq vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında bu ilin axırına kimi də çərçivə sazişinin imzalanması mümkündür.