Dünən –aprelin 24-də Laçın yolundan(yəqin ki, “Laçın” sərhəd-keçid məntəqəsi nəzərdə tutulur-S.L.) Rusiya bayrağı götürülüb.
Moderator.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni bürosu(“Azatutyun”) məlumat yayıb.
“Video-görüntülərə görə, Rusiya “sülhməramlı” qoşunları 9 noyabr(10 noyabr-S.L.) bəyanatında nəzərdə tutulan müddətdən bir il yarım tez, əhalisi köçmüş(könüllü!-S.L.) artsaxı(Yuxarı Qarabağı-S.L.) tərk etməyə davam edir .
Moskvanın buna necə, nə vaxt və nəyə görə razılaşdığı hələ məlum deyil, yalnız aydındır ki, qoşunların çıxarılması elan edildikdən bir neçə gün sonra Azərbaycan prezidenti Rusiya prezidenti ilə görüş üçün Moskvaya səfər edib. Putinlə qapalı danışıqların ertəsi günü Bakıya qayıdan Əliyev bir daha vurğulayıb ki, Ermənistan Naxçıvanla əlaqə yaratmaq üçün Azərbaycana yol verməli və həmin yola Rusiya sərhədçiləri nəzarət etməlidir.
“Bu sənəd Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil... Ermənistan baş nazirinin imzası var idi və buna hörmət edilməlidir”, - deyə o bildirib.
Elə həmin gün Putin və Əliyevin görüşü zamanı Rusiyanın xarici işlər naziri Rusiyanın Cənubi Qafqazdakı maraqlarına həsr olunmuş xüsusi iclas keçirib və “üçtərəfli sazişlərin tam icrası” məsələsini vurğulayıb”,- xəbərdə belə deyilir.