Ərdoğan təcili kabinetini toplayır

Ərdoğan təcili kabinetini toplayır Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təxminən ay yarımlıq fasilədən sonra təcili olaraq kabinetini bu gün toplayacaq.

Bu iclas Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra ilk iclas olacaq.

Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək görüşün ən qaynar mövzusu İran-İsrail gərginliyi və Ankaranın Yaxın Şərqdəki proseslərə mövqeyinin ortaya qoyulmasıdır.

İclasda İranın İsrailə qarşı addımından sonra bölgədə artan gərginliyi azaltmaq üçün həyata keçirilən diplomatik trafiklə bağlı qiymətləndirmə aparılacaq.

İclasda Yaxın Şərqdə artan gərginliklə yanaşı, ölkədə inflyasiya, bahalaşma, iqtisadi vəziyyət və terrorla mübarizə kimi məsələlər də əsas müzakirə predmeti olacaq.

İclasda eyni zamanda yaxın günlərdə Ərdoğanın İraqın paytaxtı Bağdada edəcəyi rəsmi səfərə hazırlıq məsələsi də müzakirə olunacaq.

Oxşar xəbərlər