SEPAH-ın kanalı Bakını bombalamağa çağırdı - Molla rejimi BAŞINI İTİRİB...

SEPAH-ın kanalı Bakını bombalamağa çağırdı - Molla rejimi BAŞINI İTİRİB... İranın SEPAH silahlı qüvvələrinə bağlı Telegram kanalı (rus dilində yayınlanır) Təl -Əvivə 20 raket, "İsrailin Bakıdakı yuvalarına" isə 5 raket atmağa çağırış edib.

Musavat.com xəbər verir ki, bu kanal Azərbaycana özünün radikal münasibəti ilə fərqlənir.

Kanal yazır: "Təl-Əvivə 20 raketin və İsrailin Bakıdakı yuvalarına 5 raketin buraxılması İran İslam Respublikasının bölgədə sağ qalması və müqavimət cəbhəsinin davamlı olması və dəstəyi üçün lazımdır".

Göründüyü kimi, İran silahlı qüvvələrinin ən böyük qoşunu - ali dini liderə bağlı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıq -aydın şəkildə ölkəmizin paytaxtını bombalamağa çağırır. Bütün bunların səbəbi isə Ermənistanın işğalına son verərərək, Qarabağın (müsəlman torpaqlarının) azad olunması, "xaçlı klubun" Güney Qafqazdakı ordusunu (artsax) bitirməmiz, düşmənin üzərində möhtəşəm zəfər qazanmamızdır. Bütün erməni təəssübkeşləri kimi, İran da bu gəlişmədən rahatsızdır və ...qaşınır.

SEPAH-ın kanalı Bakını bombalamağa çağırdı - Molla rejimi BAŞINI İTİRİB...

Oxşar xəbərlər