Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzalamışdır

Ulu Öndər Heydər Əliyev  26 mart 1998-ci il tarixdə 31 mart  Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzalamışdır Erməni millətçiləri “Böyük Ermənistan”ideyasını gerçəkləşdirmək üçün iki əsr ərzində Azərbaycanlılara qarşı etnik təmizləmə,soyqırımlar həyata keçirmişdir.Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələr torpaqların zəbti ilə müşayiət olunaraq planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.
1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən,bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı öldürülmüş,on minlərlə insan itkin düşmüşdür.
Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzalamışdır.
2007-ci ilin aprelində Quba şəhərində stadionun tikintisi zamanı təsadüfən tapılmış kütləvi məzarlığın Azərbaycan Milli Elmlər Akademiyası Arxaelogiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tədqiqatı nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı olduğu təsdiqlənib. Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Məzarlıqdan tapılan qalıqlar da məhz həmin dövrün qurbanlarına aiddir.
Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir.2009 -cu ildə ərazidə Quba Soyqırımı Memorial Kompleksi inşa olunub.
Prezident İlham Əliyev memorial kompleksin açılışı zamanı demişdir:”Bakı soyqırımı,Quba soyqırımı,İkinci Dünya müharibəsi və keçən əsrin sonlarında törədilmiş erməni cinayətləri,erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir. “
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” təsdiq edilib.
Bu il Soyqırımın 106 ili tamam olur. Bu il digərlərindən daha fərqli hisslərlə soyqırım qurbanlarını yad edəcəyik. Bütöv Azərbaycan torpaqlarında, hətta Xocalı torpaqlarında da qurbanlarımız yad ediləcək.2020-ci ildə Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı və igid, mərd oğullarımızın sayəsində bütün dünyaya məğlubedilməz xalq olduğumuzu göstərə bildik.Artıq inanırıq ki,xalqımız bundan sonrafaciələr yaşamayacaq.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
kimya müəllimi Şəbnəm Rəhimova

Oxşar xəbərlər