Bir işıqlı gənc də canına qıydı. Təbii ki, xoşbəxtlikdən, harınlıqdan etmədi bunu. Hər addımbaşı rast gəlinən qumarxanalar, şirnikləndirici qumar çağırışları işıqlı bir gəncin həyatına son qoydu.
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev dünyasını dəyişib.
Azadmedia az xəbər verir ki, 2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi...
Qeyd edək ki, mərhum tələbənin atası Qərib Əliyev dövrünün tanınan jurnalistlərindən olub.