Bakıda çoxmərtəbəli yaşayış binası yanır - YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binası yanır - YENİLƏNİB Paytaxtın Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb. Ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

***
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Report xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Oxşar xəbərlər