Ermənistan-Azərbaycan sərhədləri ilə bağlı növbəti görüş nə vaxt olacaq? - Qriqoryan

Ermənistan-Azərbaycan sərhədləri ilə bağlı növbəti görüş nə vaxt olacaq? - Qriqoryan Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələrinin sonuncu görüşü iyulun 12-də baş tutub.

Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

Görüşün keçirilməməsi ilə bağlı məsələyə aydınlıq gətirən Qriqoryan deyib: “Son iclasda qərara alındı ki, prosessual məsələlər müzakirə olunmalıdır. Hesab edirəm ki, ilk növbədə əməkdaşlığın formatı və forması razılaşdırılmalı, tənzimlənməlidir, sonra görüşlər olacaq”.

Sülh müqaviləsinin ilin sonuna qədər bağlanıb-bağlanmayacağına gəldikdə isə baş nazirin müavini bildirib ki, hazırda konkret tarix deyə bilməz.

Oxşar xəbərlər