Azərbaycan və Özbəkistan arasındakı ikili strateji münasibəti təməli uzun illər öncəyə dayanır. Ən qədim zamanlardan bu günə qədər ölkəmiz digər dövlətlərdə diplomatik münasibətlər qurmuşdur.
İki dövlət arasındakı bu münasibətləri milli-mənəvi dəyərlər, eyni dil qrupuna aidlik, mədəniyyət və aid olduqları din daha da birləşdirir. Azərbaycan və Özbəkistan arasındakı münasibətin uzun illər öncəyə dayanması bu əlaqələrin yalnız dostluqda deyil, diplomatika da inkişaf etməsinə gətirib çıxarmışdır.
İlk dəfə 1995-ci il oktyabr ayının 2-də qurulan bu münasibət bu günədək davam etməkdədir. Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir.
Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub. Özbəkistan həmişə Dağlıq Qarabağ probleminin dinc, siyasi vasitələrlə həllinə tərəfdar çıxıb. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını münaqişənin tənzimlənməsinin əsas şərtlərindən biri hesab edir.
Ötən günlərdə, yəni 9 noyabr 2023-cü il tarixində Özbəkistanın Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadı Əmədaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında Prezident İlham Əliyev də istirak etmişdir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik etmiş, “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulamışdır.
Həmçinin Prezident İlham Əliyev də öz çıxışında Yüksək qonaqpərvərliyə görə qardaş Özbəkistanın Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığımı bildirmiş, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf etdiyini, ötən il Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etdiyini, hər səfərində Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi olduğunu, əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini təbrik etdiyini söyləmişdir.
Bundan əlavə Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqləndiyini, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirdiyimizi, Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil etdiyini söyləmişdir.
İnkişaf etməkdə olan Ölkəmiz Ali baş komandan İlham Əliyevin yüksək siyasəti sayəsində daha da inkişaf edir və diplomatik əlaqələrlə daha da inkişaf edəcəkdir
Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Fərzəli