Azərbaycan və Ermənistan liderlərinin 5 oktyabr görüşü tam dəqiqləşməyib - Avropalı diplomat

Azərbaycan və Ermənistan liderlərinin 5 oktyabr görüşü tam dəqiqləşməyib - Avropalı diplomat Avropa Şurasının rəhbəri Şarl Mişel hələ də oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etməyə çalışır.

“Bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“İndi görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydınlıq olacaq”, - avropalı diplomat qeyd edib.

Onun sözlərinə görə, bölgədəki kifayət qədər ciddi vəziyyətə baxmayaraq Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “2+3” formatında görüş təşkil etməyə çalışır.

Oxşar xəbərlər