Ərdoğan-Əliyev-Putin-Paşinyan görüşü haqda açıqlama

Ərdoğan-Əliyev-Putin-Paşinyan görüşü haqda açıqlama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbə mümkün dördtərəfli görüş barədə açıqlama verib.

O, RİA Novosti-yə bildirib ki, Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün tarixi və yeri barədə konkret məlumat yoxdur.

Mənbə məsələnin hələlik təklif səviyyəsində olduğunu qeyd edib.

Xatırladaq ki, Ərdoğan Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif edib.

O, BMT Baş Assambleyasının iclasına getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, regionla bağlı vəziyyətin müzakirə olunmasında bu regiondan uzaq olan dövlət və hökumət başçılarının deyil, regionda olanların müzakirə etməsi vacibdir.

Oxşar xəbərlər